Bakıda avtobusa səhv minən 6 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Senzor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, agentliyin Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, 88 nömrəli marşruta saat 15:30 radələrində 6 yaşlı oğlu səhvliklə minib. Övladının tapılaması üçün çağrı mərkəzimizə müraciət edib.
Müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verildi.
16:25 radələrində oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayyəti ilə təhvil verilib.