Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.