Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobil aşıb.
Senzor.az bildirir ki, bu barədə Naxçıvan MR DİN-in mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində sürücü özü və avtomobildə olan 1982-cil il təvəllüdlü Zahir Səfərov həlak olublar.
Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirmiş...
İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılması olub.
Araşdırma aparılır.