Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.
APA xəbər verir ki, bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada ölən 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova Əmrah Nuriyevin bacısı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.
**10:06
Qobustanda ağır yol qəzası olub, 5 nəfər ölüb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.