Gümrüdə hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq polis idarəsinə qumbara ilə girən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Məlumata görə, 27 yaşlı həmin şəxs özünü partlatmaqla hədələyib.
Saxlanılan şəxs, hökumətlə problemlərinin olduğunu, hakimiyyətin siyasəti ilə razılaşmadığını etiraf edib. Onun barəsində cinayət işi başlanıb.