Cəlilabadda bacısını xilas edən qız quduz itin dişləməsi nəticəsində ölüb

Cəlilabad rayonunda quduz itin dişlədiyi 11 yaşlı qızın ölümü ilə bağlı təfərrüat məlum olub.


"Report"un əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.


Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.


Bu zaman o, bacısının köməyinə gəlib. Uşaq bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.


Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.


Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.


Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.


O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.