Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
APA bildirir ki, qəza Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Hövsan şosesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.
Hadisədən sonra Hövsan şosesində hərəkət məhdudlaşdırılıb.
Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.