Türkmənistanda 5,1 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Avropa Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 87,8 min nəfər əhalisi olan Balkanabad şəhərindən 55 km şimal-şərqdə, yerin 2 km dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.