Hindistanda dəhşətli qatar qəzası: ölənlərin sayı 288-ə çatıb – 900 NƏFƏRƏ YAXIN YARALI VAR
YENİLƏNİB + VİDEO/FOTO

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

 

Bu barədə “Reuters” məlumat yayıb.

 

Qeyd olunub ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır.

 

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağan olunub.

 

Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.

 

Qəza yerində 500-dən çox mütəxəssisin iştirakı ilə xilasetmə işləri davam etdirilir.

 

**01:18 


Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub və 8 vaqon relsdən çıxıb.


Senzor.az bildirir ki, hadisə axşam saat 19:20 radələrində sərnişin qatarı Kolkata yaxınlığındakı Şalimar stansiyasından Çennai mərkəzi stansiyasına gedərkən baş verib.


Bu saata olan məlumata görə, qəza nəticəsində ölənlərin sayı 70-ə çatıb, 350-dən çox yaralı var.


Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.