Türkiyənin Sivas vilayətində zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
4,1 bal gücündə olan və ocağı 7 km dərinlikdə yerləşən zəlzələnin Ulaş adlanan bölgədə qeydə alındığı bildirilir.
Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.