Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi faktı araşdırılır.
Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.