Qazaxıstanda meşə yanğınları davam edir - ÖLƏNLƏRİN SAYI 14-Ə ÇATIB

Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir.


Qazaxıstan mediası xəbər verir ki, hazırda ölkədə meşə yanğını 60 min hektardan çox ərazini əhatə edir. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı.


Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.


Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.