Pakistanın Hayber-Paxtunxva və Pəncab əyalətlərində güclü yağış və tufan azı 28 nəfərin həyatına son qoyub, 150-dən çox insan yaralanıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bir çox evlərin damı və divarları dağılıb, yollar su altında qalıb.
Pakistanın Baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə bölgələrdə zərər çəkənlərə kömək etmək üçün addımlar atmağı tapşırıb.