Xəbər verdiyimiz kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak ediblər.
**13:54(11.06.2023)
Samur-Abşeron kanalının Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
“Report” xəbər verir ki, kənd sakini 2013-cü il təvəllüdlü 4-cü sinif şagirdi Məhəmməd Elsəvər oğlu həmyaşıdları ilə kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan kanala düşüb.
İlkin olaraq FHN-in Xaçmaz Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Məhəmməd Elsəvər oğlunun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.
**12:26
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Senzor.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.