Tovuzda kütləvi dava və avtomobil qəzası… - YARALILARDAN BİRİ BAKIYA GƏTİRİLİR
FOTO

Tovuzda iki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib.

 

Senzor.az bildirir ki, hadisə Tovuzun Aşağı Quşçu kəndi ərazisində gecə saatlarında fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib. 

 

Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal adlı şəxs bıçaq zərbələri alıb.

 

Şahidlərin sözlərinə görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər. “KİA” markalı minik avtomobili yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb. Nəticədə sürücü - rayonun Qaziqulu kənd sakini 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara da ilkin tibbi yardım göstərilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, avtomobil qəzasına düşənlərin vəziyyətləri ağırdır.

Son məlumata görə, onlardan biri-Babayeva Günay Mehman qızı Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.