Türkiyənin İstanbul şəhərində rusiyalı turist qətlə yetirilib.
Habertürk xəbər verir ki, 40 yaşlı Rusiya vətəndaşı Vyaçeslav Neçiporçuk Taksim meydanı yaxınlığında mübahisə zamanı bıçaqlanaraq öldürülüb.
“Rusiyalı turist 4 nəfərlə mübahisə edib və bıçaqlanıb. Onu bıçaqlayan şəxslər hədə-qorxu ilə pul tələb ediblər”, - deyə məlumatda deyilir.
Vyaçeslav Neçiporçukun mobil telefonunu əlindən alan zaman müqavimət göstərdiyi və bu əsnada ürəyindən bıçaqlanaraq öldürüldüyü əlavə olunub.
İstanbul polisi cinayəti törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Daha 2 nəfərin axtarışı aparılır.