Sumqayıtda zavodda yanğın söndürüldü
YENİLƏNİB

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.

 

Nazirlikdən Senzor.az-a verilən məlumata görə, yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.

 

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.

 

**16:25


Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.


Senzor.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb: “Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.


**15:07

“Bu gün saat 11:16 radələrində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.


Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: “Həcmi 600 litrdir".


“Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlar da benzindir. Benzin məhsulunun parları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, - FHN rəsmisi vurğulayıb.


**14:07


Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.


Bu barədə Senzor.az FHN-ə istinadən xəbər verir.


Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.