İyunun 15-i saat 02 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Pirallahı Rayon Prokurorluğundan Senzor.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.