Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
**17:32
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Məlumata görə, hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.
Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.