Qazaxıstanda banka hücum edib insanları girov götürən şəxs saxlanıldı - YENİLƏNİB
VİDEO

Astanada “Kaspi bank”da insanları girov saxlayan şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

““Kaspi bank”ın binasında uğurlu əməliyyat keçirilib. Bütün girovlar azad edilib! Girovlar polisin müdaxiləsindən sonra azad ediliblər. Bütün işçilər binadan çıxarılıb. Girov saxlayan şəxs zərərsizləşdirilib", - deyə nazirlikdən bildirilib.

 

Nazirlikdən o da qeyd edilib ki, girov saxlanan şəxslərdən heç biri və cinayətkar xəsarət almayıb.

 

**14:52


Qazaxıstanın paytaxtı Astana şəhərində bank filialına silahla hücum edən şəxs yeddi nəfəri girov götürüb, o, bankın bütün pullarının əlil, aztəminatlı və ehtiyacı olan uşaqlar üçün Fonda köçürülməsini tələb edir.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda “Kaspi Bank"da” insanları girov götürən şəxslə danışıqlar aparılır.

 

“Shot” telegram kanalının məlumatına görə, binanın içərisində yeddi qız və bir mühafizəçi var. Banka hücum edən şəxs girovlardan birinin alnına silah dirəyib.

 

Kanal "Astana-Nə? Harada? Nə vaxt?" isə bildirilir ki, banka hücum edən şəxs tələblərinin yerinə yetirilməsi üçün üç saat vaxt verib, əks halda girovları öldürəcəyi ilə hədələyir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.