Bazar günü, iyunun 18-də Rusiyanın Bryansk şəhərində genişmiqyaslı yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərdəki hərbi hospitalda naməlum səbəblərdən yanğın olub.
Veteranlar üçün hərbi hospitalda tikinti işlərinin davam etdiyi, onun hələ istifadəyə verilmədiyi bildirilir.
Qeyd olunur ki, dam hissəsindəki bitum örtük yanıb.
İddiaya görə, mümkün səbəblərdən biri təxribatdır. Amma bölgənin qubernatoru Aleksandr Boqomaz vəziyyətlə bağlı açıqlama verməyib.
Həmçinin, yanğın nəticəsində xəsarət alanların olmadığı vurğulanıb.