Bu gecə Türkiyənin Malatya vilayətində və Kahramanmaraş şəhərində yeraltı təkanlar qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
İlk zəlzələ Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.
4,4 bal gücündə olan zəlzələnin ocağı yerin 3,3 kilometr dərinliyində yerləşib.
Digər zəlzələ isə təxminən bir saat sonra Kahramanmaraşın Göksun rayonunda qeydə alınıb. Burada 4 bal gücündə olan zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib.
Hələlik dağıntı və itki barədə məlumat yoxdur.