Abşeronda 20 yaşlı qadın öldürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən xəbərə görə, iyunun 20-də saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.
8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.