Bərdədə qardaş bacısını öldürdü -
QIZINI YARALADI

İyunun 24-ü saat 19 radələrində Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

 

Məlumata görə, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi, Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Həsən Həsənov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.