Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonunda dağlıq-meşəlik ərazidə 1 nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın mürəkkəb relyefli dağlıq ərazidə hündürlükdən çay dərəsinə yıxılaraq öldüyü müəyyən olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti çay qırağından götürülərək təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
**16:38
Lerik rayonunda turist dərəyə yıxılaraq ölüb.
Yerli KİV-nin məlumatına görə, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev gəzinti zamanı ehtiyatsız davranıb.
O, 80 metr dərinlikdə olan dərəyə yıxılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub Mərkəzinin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.