“Vaqner”çilərlə birlikdə döyüşmək istəməyən azərbaycanlılar işgəncəyə məruz qalıblar
VİDEO

Ukraynada müharibə davam edir.

 

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

 

O bildirib ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub.

 

“Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”, - deyə jurnalist əlavə edib.

 

Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var. O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib: “Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.

 

Ətraflı Baku TV-nin videomaterialında:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.