Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub

Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub.


Bu barədə Senzor.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.


Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.


Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.