Bu gün saat 18 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
APA-nın məlumatına görə, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.