Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb.
“Report” xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vurub və qadın yerindəcə keçinib.
X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.