Naxçıvanda daşınma tələbləri pozulan dərmanların dövriyyəyə buraxılmasının qarşısı alınıb
FOTO

İran İslam Respublikasından tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən iki yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı həyata keçirilib.


Naxçıvan Baş Gömrük İdarəsindən Senzor.az-a verilən məlumata görə, bu zaman nəqliyyat vasitələrində olan dərman vasitələrinin və tibbi preparatların daşınma tələblərinə riayət olunmadığı müəyyən edilib.


Belə ki, həmin nəqliyyat vasitələrinin bu növ malların daşınması üçün tələb olunan konstruktiv quruluşa malik olmaması və dərman vasitələrinin üzərində qeyd edilən saxlanma şəraiti üçün temperatur normalarının pozulması səbəbindən hər iki fakt üzrə, ümumilikdə 27 adda-1564 qutu, 4718 ədəd, 1020 flakon, 2850 tablet, 7720 ampul dərman vasitəsinin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları qeyd olunan dərman vasitələrinə baxış keçirib və daşınma tələblərinin pozulması səbəbindən saxlanılmış həmin dərman vasitələri nazirliyə təhvil verilib.


Xatırladaq ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci bəndinə əsasən dərman vasitələrinin saxlanması və daşınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.