Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Senzor.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
**
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın barədə qərar verilib. Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 75 manat cərimə edilib.