Kiyev məhkəməsinin binasında partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.
Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib: “Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”.