Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində “Promsintez” zavodunda partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumatı TASS yayıb.
İlkin məlumata görə, partlayış texniki boru kəmərində yanğın zamanı baş verib.
Qeyd edək ki, “Promsintez” zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur.