Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşına odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov ov tüfəngi ilə birlikdə saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Əfsun Əhmədov istintaqa təhvil verilib.
**21:54
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan bir qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Senzor.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər.
İlkin araşdırmalar zamanı qadını həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaraladığı məlum olub.
Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.