İyulun 11- də saat 21 radələrində Abşeron rayonunun Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.