Sverdlovsk vilayətinin Şaydurixa kəndi yanır, alov artıq 27 evi bürüyüb.
TASS xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix deyib.
“Hazırda yanğın 27-ə yaxın evi əhatə edib. 58 nəfər təxliyyə olunub”, - o, deyib.
Kənddə ümumilikdə 365 nəfərin yaşadığı və 170 evin olduğu vurğulanıb.
Təxliyə edilənlərin müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürüldüyü qeyd olunub.