Rusiya FTX-sı Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsd planı haqda – “TAPŞIRIQ UKRAYNA TƏHLÜKƏSİZLİK XİDMƏTİNDƏN VERİLİB”

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) RT kanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı “Paraqraf-88” neonasist qrupunun üzvləri tərəfindən hazırlanan sui-qəsdin qarşısını alıb.

 

TASS bildirir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

 

İddiaya görə, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər.

 

İstintaq zamanı saxlanılan şəxslərdən “Kalaşnikov” avtomatı, onun üçün 90 patron, bıçaqlar, beşbarmaqlar, rezin dəyənəklər, qandallar, nasist rəmzləri olan şevronlar və bayraqlar, nasist ədəbiyyatı, həmçinin rabitə vasitələri və onların fəaliyyətini təsdiq edən məlumatlar olan kompüterlər götürülüb.

 

“İstintaq Komitəsi saxlanılan şəxslərə qarşı ekstremist və terrorçu çalarlarla cinayət işi açmağı planlaşdırır”, - deyə məlumatda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.