Təbrizdə sərnişin daşıyan avtobus yol ayrıcında idarəetmədən çıxaraq maşınlara çırpılıb, ardınca isə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiyə qədər hərəkət edib.
“Tasnim” agentliyi bildirir ki, hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 10-dan çox insan xəsarət alıb. Xəsarət alanlardan beşinin vəziyyəti ağırdır.
Məlumatda qeyd olunur ki, xəsarət alanlar sürücülər və piyadalardır.