Lənkəranda ağır qəza: polis əməkdaşı həlak oldu - 7 NƏFƏR XƏSARƏT ALIB
YENİLƏNİB

Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.

 

“Report”un cənub bürosunun məlumatına görə, yaralılar 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı, 2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

 

Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.

 

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.

 

**00:31


İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.