Türkiyənin Mersin bölgəsinin Gülnar rayonunda meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
TRT Haber xəbər verir ki, meşəlik ərazidə baş verən yanğının səbəbi bəlli deyil.
Xəbərdarlıq üzərinə 3 yanğınsöndürmə vertolyotu, çoxlu sayda su çiləyicisi, ilk müdaxilə vasitələri və Meşə Region Müdirliyi qrupu bölgəyə sövq edilib.
Ekipajlar havadan və yerdən yanğına müdaxilə etməyə davam edir.
Qeyd edək ki, Türkiyənin Hatay bölgəsində Belen rayonunda da meşə yanır.
**16:38
Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib.
TRT Haber xəbər verir ki, yanğınsöndürən qrupların havadan və qurudan müdaxiləsi ilə alovlar söndürülməyə çalışılır.
Yanğın əsasən Soğukölük məhəlləsinin meşə sahəsində baş verib. Hadisənin səbəbi hələ bəlli deyil.
Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.