Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.
Bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.
Partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Daha əvvəl Krımının qondarma “rəhbəri” Sergey Aksyonov Teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. "Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.