Bu gün saat 17 radələrində Salyan rayonunun Qardili kənd sakini Yaşasın Səfərovun Sarvan kəndi ərazisində yerləşən fermaların birində odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.
N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi təklüləli ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.