Yunanıstanda Rodos adasında meşə yanğını hotellərə çatıb - MİNLƏRLƏ TURİST TƏXLİYƏ EDİLİB

Meşə yanğınları səbəbindən Yunanıstanın Rodos adasından minlərlə turist təxliyə olunub.


“Alman dalğası”nın verdiyi xəbərə görə, iyulun 22-də Rodos adasında 2 kənddən və bir neçə oteldən ümumilikdə 8 min nəfər təxliyə olunub.


Xilasedicilər 1500 nəfəri cənub sahilindəki çimərlikdən qayıqlarla təxliyə edib.


Xilasedicilər yaxın günlərdə təxliyə edilənlərin sayının arta biləcəyini qeyd ediblər. Adada tüstü səbəbindən nəfəs almaq çətinləşib, artıq 8 nəfər tənəffüs çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilib.


Güclü kələk, quraqlıq və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarını nəzarətə almasına mane olur. Dünən Yunanıstanın materik hissəsində temperatur 44 dərəcəyə çatıb.


Qeyd edək ki, Rodos adasında təkcə Almaniyadan 22 min turist var.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.