Moskva yenə dron hücumuna məruz qalıb.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, Komsomolski prospekti 17 ünvanındakı binanın yaxınlığında pilotsuz təyyarənin fraqmentləri tapılıb.
Prospekt boyu nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Həmçinin Lixaçov küçəsində yerləşən biznes mərkəzinin binasını dron vurub.
Məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi də təsdiqləyib.
Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.
Xatırladaq ki, Rusiya hakimiyyəti Moskvaya pilotsuz təyyarə ilə hücum barədə bundan əvvəl iyulun 4-də məlumat vermişdi - söhbət yaxınlaşarkən vurulan dörd aparatdan gedirdi.
Paytaxta ən böyük zərbə isə pilotsuz təyyarələrin mayın 30-dakı basqını olub: onda şəhərin cənub-qərbindəki üç yaşayış binasına ziyan dəyib, bir neçə pilotsuz təyyarə Rublyovkaya - Prezident Vladimir Putinin iqamətgahının və onun ətrafının malikanələrinin yaxınlığına düşüb. Rusiya Müdafiə Nazirliyi hücumda səkkiz PUA-nın iştirak etdiyini, onlardan beşinin vurulduğunu bildirib.
Senzor.az