Polis Bakıda əməliyyat keçirdi
25 Nepal vətəndaşı saxlanıldı

Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb.


Daxili İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, iyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.


Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb. Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşama) maddəsinə əsasən protokol tərtib olunub.


Həmin şəxslər barəsində toplanan materiallar aidiyyəti üzrə digər dövlət orqanına təhvil verilib. Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.


Bu istiqamətdə polis əməkdaşları tərəfindən tərbirlər davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.