Rusiya Federasiyasının Altay Respublikasındakı “Dağ qartalı” düşərgəsində 60-dan çox uşaq zəhərlənib.
APA xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib.
Zəhərlənən 7-17 yaşlı uşaqların vəziyyəti qənaətbəxşdir.
Həmçinin əlavə olunub ki, 26-29 iyul aralığında uşaqlarda bağırsaq xəstəliyinin əlamətləri ilə müraciətlər olunub.
Məlumata əsasən, düşərgədə ümumilikdə 354 uşaq dincəlir və hazırda düşərgənin fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunur.
Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb.