Sabirabadda 3 uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bu barədə Senzor.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.
"İyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - ekiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
Araşdırma aparılır", - məlumatda qeyd edilir.