Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində Cəlilabad Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluqdan bildirilib ki, əlavə məlumat veriləcək.