Bir neçə gündür yağan güclü yağışlar səbəbindən Pekində təxliyə edilənlərin sayı 52 min nəfəri keçib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü yağışların azı sabah səhər saatlarınadək davam edəcəyi gözlənilir.
Məlumata görə, yerli vaxtla iyulun 29-u axşam saat 8-dən avqustun 31-i axşam saatlarınadək Pekinə orta hesabla 182 millimetr yağıntı düşüb.
4069 tikinti sahəsində işlərin dayandırıldığı, 107 dağ yolunun və şəhərin görməli yerlərinin bağlandığı bildirilir.
O da qeyd olunur ki, səlahiyyətli orqanlar daşqınların qarşısını almaq üçün təcili tədbirlər görürlər.