Türkiyənin İzmir vilayətində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı insident olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, insident nəticəsində Türkiyə vətəndaşı olan bir qadın ağır yaralanıb.
Konsulluqda katib olaraq çalışan xanım bədəninin müxtəlif yerlərindən xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Şübhəli şəxs isə əlindəki tapança ilə saxlanılıb. Onun psixi problemlərinin olduğu bildirilir.
Polis irimiqyaslı araşdırma başladıb.